Xəzər Xəbər

Koronavirus qan dövranı sistemini belə zədələyir

Maraqlı | 16:45 • 5 Sentyabr 2021
Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir.

Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir.

“COVID-19 xəstələrində tənəffüs problemlərinin inkişafından əvvəl ağciyər sisteminin damar toxumasının iltihabı başlayır. Bu, insultun və qan dövranı pozğunluqları ilə əlaqəli digər ağırlaşmaların tez-tez baş vermə səbəbini izah edir. Əldə edilən məlumatlara əsaslanaraq, COVID-19-un soyuqdəymə və ya qripə bərabər ola bilməyəcəyi qənaətinə gəldik” , - “Journal Circulation Research” elmi jurnalında dərc olunan tədqiqat nəticələrində qeyd olunub.

O da əlavə olunub ki, virusun “tacını” əmələ gətirən sünbül zülalı hüceyrələrin mitokondriyasını zədələyir və bu da damar endotelinin və damar divarlarının zədələnməsinə səbəb olur. Xəstəliyin ağır formalarında damarlarda qan laxtaları əmələ gəlir ki, bu da ölümə səbəb olur./Publika.az 

Xəbər lenti