Xəzər Xəbər

Məşhur professordan QORXUNC AÇIQLAMA: Ömrümüzün sonuna qədər...

Maraqlı | 13:44 • 5 Sentyabr 2021
Məşhur professordan QORXUNC AÇIQLAMA: Ömrümüzün sonuna qədər...

Sürix Federal Politexnik Məktəbinin professoru, immunoloq Say Reddi açıqlaması ilə ictimaiyyəti qorxuya salıb.

Alim xəstələnmiş və peyvənd olunmuş insanlarda koronavirusa qarşı yaranan antikorlardan qaçan super qabiliyyətli yeni mutasiyaların ortaya çıxacağını deyib. Onun sözlərinə görə, gələcəkdə belə bir təkamül qaçılmazdır və bu, 2022 -ci ildə epidemioloji vəziyyəti ciddi şəkildə çətinləşdirə bilər.

“Payızda yoluxma hallarının artacağını, bununla da vaksinin təsirinin azaldığını görəcəyik. Bu, peyvəndlər effektsiz olduğundan deyil, vaksinasiya nisbətinin aşağı olması səbəbindən baş verəcək. Müvafiq olaraq virusun ötürücülüyü də artacaq. Peyvənd prosesi sürətlə artmazsa, gərginliyin qarşısını yalnız sərt məhdudlaşdırıcı tədbirlər ala bilər. Peyvəndlərin “delta” variantına qalib gələ bilməməsinin səbəblərindən biri də virus yükünün çox yüksək olmasıdır. Yüksək səviyyədə antikorlar qazanmaqla bu riskə qarşı çıxmalıyıq.

İsrail və ABŞ-dan alınan son hesabatlar göstərir ki, 6 aydan sonra simptomatik “delta” infeksiyalarına qarşı mövcud mRNA peyvəndləri yalnız 60 faizə qədər təsirli olacaq. Amma vaksinlər ağır simptomlara qarşı hələ də təsirlidir.

Çox güman ki, təkcə peyvəndlərə güvənə bilməyəcəyimiz yeni ştamm ortaya çıxacaq. Bu səbəbdən önümüzdəki bir neçə ildə davamlı olaraq yeni variantlara uyğunlaşan bir neçə peyvəndə hazırlaşmalıyıq. Yeni variantın ortaya çıxması böyük riskdir. Onu mümkün qədər erkən tanımalı və peyvənd istehsalçıları peyvəndi tez uyğunlaşdırmalıdır. Gələn payız və qış keçən ilki kimi olacaq. Bu, “delta” variantından və daha yüksək peyvənd nisbətinə malik olmamağımızdan qaynaqlanır. Ştamm üzərində nəzarətimiz yoxdur, ancaq peyvənd dərəcəsini artırmaqla ona təsir edə bilərik”, - professor bildirib.

Eskpert qeyd edib ki, virus və immun sistemi bir-birinə sıx bağlıdır: immun sistemi hərəkət edir və virus ona reaksiya verir:

“Virusla uzun müddət rəqs edəcəyik. Yəqin illərlə, bəlkə də ömrümüzün sonuna qədər”./Publika.az 

Xəbər lenti