Günəş sistemində digərlərindən daha sürətlə fırlanan asteroid kəşf edilib.
Avqustun 13-də Çilidə astronomlar tərəfindən müəyyən olunan “2021 PH27” adlı asteroidin Günəş ətrafında fırlanması 133 gün çəkir.
Asteroidin Günəş ətrafında 88 gündə fırlanan Merkuri planeti istisna olmaqla Günəş sistemində məlum olan ən sürətli göy cismi olduğu bildirilib. Bununla yanaşı, 2021 PH27-nin Merkuriyə nisbətən daha çox elliptik marşrutla hərəkət etdiyi, buna görə Günəşə (20 milyon kilometr) yaxın olduğu qeyd edilib.
Asteroidin hər dəfə Günəşə yaxınlaşdığı zaman səthinin həddindən artıq istiləşməsi nəticəsində qurğuşun elementləri kosmosa buraxılır.
Mütəxəssislər asteroidin indiki traektoriyasından çıxmasa, bir neçə milyon il sonra Günəş, Merkuri və ya Venera ilə toqquşacağını proqnozlaşdırıblar./Teleqraf.com