Alimlər yalnız kök insanların deyil, həm də az çəkinin xəstəliyin ağır gedişi riskini artırdığına dair nəticəyə gəlib.
Yeddi milyon ingilisin tibbi məlumatlarına əsaslanan araşdırmalarının nəticələri “Lancet Diabetes & Endocrinology”də dərc edilib.
İlkin nəticələr bədən kütlə indeksi (BKİ) 23-dən yuxarı olan insanlarda ağırlaşma riskinin artdığını göstərib. Bundan əlavə, BKİ artımı ilə xəstəxanaya yerləşdirmə riski orta hesabla 5 %, reanimasiya şöbəsində olma ehtimalı isə 10 % artır. Və bu, 2-ci növ diabet də daxil olmaqla digər ağırlaşdırıcı amillərdən asılı deyil.
Eyni zamanda, artıq çəki 19 ilə 29 yaş arasındakı gənclərdə xəstəliyin gedişatına daha güclü təsir göstərir, lakin 60 yaşdan yuxarı xəstələrdə çəki demək olar ki, heç bir rol oynamır.
Bu nəticələrdən sonra alimlər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirmə riskindəki artım miqyasını müxtəlif yaş qruplarındakı BKİ ilə təsvir etməyə qərar verdilər: 20-39 yaş - 9%, 40-59 -% 8, 60-79 - 4%, 80-dən yuxarı – 1 %.
“Araşdırmamız göstərir ki, çox aşağı artıq çəki də COVID-19-un ağırlaşma riskinin artması ilə əlaqədardır və BKİ artdıqca risklər kəskin şəkildə artır”, - məqalədə deyilir.
İkinci maraqlı məqam BKİ-nin aşağı olduğu insanların da risk altında olmasıdır. Odur ki, COVID-19-un ağırlaşmalarından qorunmaq üçün müəlliflər artıq çəkidən qurtulmağa çağırırlar, ancaq özünüzü tükəndirməyin./publika.az