Portuqaliyada dünyanın ən uzun asma körpüsünün inşası başa çatıb.
Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, uzunluğu 516 metr olan piyada körpüsü Agueiras şəlaləsi ilə Paiva dərəsini birləşdirir.
Etibarlı bir piyada keçidi yaratmaq üçün portuqaliyalı mühəndislər və memarlar Çin körpü texnologiyasından istifadə ediblər. Arouca adlanan körpü artıq turist axını üçün tam hazırdır. Onun tikintisi 3 ilə və 2,8 milyon dollara başa gəlib.