XəzərXəbər dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.
Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər.
Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.
Buğa - istənilən planlar və layihələrin həyata keçirilməsi üçün əla gündür. İşlərin öhdəsindən sürətlə gəlmək, qısa müddətdə orijinal çözüm variantları tapmaq şansları var. Plan və layihələrin həyata keçirilməsində sizə yardım edəcək insanla əlaqələr yaradın. Nə istədiyinizi ona aydın və konkret izah edin.
Günün ikinci yarısında yaşam potensialı səviyyəsi normaldır. Səhhətinizdə problemlər yaranmayacaq. İşlər və yük çox olsa da, axşam saatlarına qədər yorulmayacaqsınız. Romantik tanışlıqlar istisna deyil.
İmiclə eksperimentlər üçün əlverişli zamandır.
Əkizlər - qətiyyətli, əzmkar, iradəli olun. İndiyədək cürət etmədiyiniz addımları atsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Potensial sifarişçilər və potensial iş yeri sahibləri ilə ünsiyyət üçün yaxşı gündür. İşgüzar maraqlarınızı bölüşən insanlarla tanış ola biləcəyiniz tədbirə qatılın.
Günün ikinci yarısında sizi maraqlandıran insanla qarşılaşa bilərsiniz. Təşəbbüskar olun, təbii davranın. Bu gün başlayacaq münasibətlər yaxın perspektivdə normal sonuclar vəd edir.
Axşam saatlarında normal istirahəti seçə bilərsiniz.
Xərçəng - asan əldə ediləcək uğurlar və xoş sürprizlər günüdür. Köhnə dostlarla yanaşı, yeni tanışlar da sizi sevindirəcəklər. İşdə həmkarlarla dil tapmaq, peşəkar fikir ayrılıqlarına son qoymaq olar. Sizi kollektivdə maraqlı iş gözləyir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə işlər pis olmayacaq. Fikir ayrılıqları və ixtilaflar olarsa, onların mübahisələrə, münaqişələrə çevrilməsinə imkan verməyin. Uşaqlarla, yaşıdlarınızla həssas davranın.
Axşam saatları parlaq təəssüratlar vəd edir.
Şir - məqsədə çatmaq üçün aktiv, əzmli olun. İradəli davranın. Qarşınıza çıxan maneələrlə sədləri dəf etmək üçün var gücünüzlə çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Belədə yeni müttəfiqlər və dostlar tapa bilərsiniz. Bilik və bacarıqlarınızı görəcəklər. Çoxdan bəri rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun.
Axşam saatlarında yaşam potensialının səviyyəsinin aşağı düşməsi istisna deyil. Günü elə planlaşdırın ki, mühüm işlər arasında qüvvənizi bərpa etmək üçün vaxt qalsın.
Piyada gəzintidə xeyir var.
Qız - gün uğurlar və irəliləyiş vəd edir. Aktiv olun, sayıq davranın. Bədxahlarla rəqiblər potensial təhlükə mənbəyi deyil. Bütün səylərə rəğmən onlar sizə heç nə edə bilməyəcəklər. Yeni dostlar və müttəfiqlər olacaq. Eyni zamanda, sonradan sürətlə inkişaf edəcək romantik münasibətlər də formalaşa bilər.
Günün ikinci yarısında maliyyə fonu münasibdir. Gəlirlər, o cümlədən əhəmiyyətli məbləğdə pul əldə edilməsi istisna deyil. Axşam saatlarında alış-verişə çıxa bilərsiniz.
Tərəzi - nəzərdə tutduğunuz işləri reallaşdırmağa çalışın. Ciddi səylər və izafi zəhmət olmadan problemlərin öhdəsindən gələ bilərsiniz. Hadisələrə süni təkan verməyin, olayların məcrasına müdaxilə etməyin. Yardım istəyən insana dəstək verin, çünki başqaları üçün nələrsə etməklə öz işlərinizi də yaxşılaşdıra bilərsiniz. Köhnə dostlardan biri ilə qəfil görüş ola bilər. Planlaşdırılmamış, amma xoş görüş istisna deyil.
Günün ikinci yarısında qonaqlar evdən tez getməyəcəklər. Maliyyə itkiləri, xərclər istisna deyil. Lakin onlar büdcəniz üçün təhdid deyil. Qənaətcil olun, bədxərclik etməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb - yeni iş və xüsusilə də yaradıcılıq layihəsi üçün yaxşı zamandır. Bilik və bacarıqlarınızı görəcək, sezəcək və onlardan yararlanmağa çalışacaqlar. Doğru saydığınız kimi davranın. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaq, tərif eşidəcəksiniz.
İnsanlarla dil tapmağa çalışın. Onların maraqları və istəkləri fərqli olsa da, yaşama baxışlarınız uyğun olmasa da, münaqişələrə səbəb yaratmayın.
Günün ikinci yarısı alış-veriş üçün yaxşı zamandır. Yaşam arealı üçün interyer predmetləri almaq olar.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - uzaqdan alınan məlumatlar sizi sevindirə bilər. Üstəlik, həmin məlumat çox faydalı olacaq. Məhz həmin informasiyanın sayəsində yaşamınızda dəyişiklikyə başlayacaqsınız. Yeni işlərə, ciddi, məsuliyyətli və genişmiqyaslı layihələrə başlaya bilərsiniz. Sizi uğur gözləyir.
Nüfuzlu insanlarla dil tapmağa çalışın. İşdə rəhbərliklə münasibətlərdə ciddi problemlərin yaranmasına imkan verməyin. Yeni tanışlıqlar karyerada inkişaf və irəliləyiş baxımından faydalı ola bilər.
Günün ikinci yarısı romantik gəzinti və səfər üçün münasibdir. Qeyri-adi şəraitdə görüş baş tuta bilər. Hisslərinizi sərt şəkildə cilovlamayın. Qarşılıqlı olacağına əminsinizsə, hissləri etiraf da edə bilərsiniz.
Oğlaq - asan, normal, sadə bir gündür. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də uğurlara nail ola bilərsiniz. Qayğılar və problemlər qarşısında geri çəkilməyin. Kiçik müşküllərə və arzuolunmaz detallara görə kefinizi pozmayın. Aktiv çalışın. Yeni tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında maraq dairəsi genişlənəcək. Yeni işə başlamaq olar. Yeni və stabil gəlir mənbəyi formalaşa bilər.
Dolça - peşəkar fəaliyyət sahəsində önəmli və müsbət dəyişikliklər ola bilər. Bu gün alacağınız informasiya yaxın perspektivdə karınıza gələ bilər. Köhnə dostlar özlərini yada salacaqlar. Onlarla ünsiyyət kefinizi yaxşılaşdıracaq.
Ötənlərdə yaşanmış xoş hadisələri xatırlayın. Gələcəyə nikbin baxın. Konkret və real addımlar atın.
Günün ikinci yarısı qeyri-adi, orijinal, maraqlı əşyaların alınması üçün əlverişli zamandır. Yaxın ətrafdakı insanların alış-verişlə bağlı dediklərinə fikir verməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - çətin, ağır, genişmiqyaslı layihə və ya işi planlaşdırmaq olar. Dərhal olmasa da, planları reallaşdırmaq olacaq. Baş verəcək hadisələr sizə özünüzə əminliyi qaytaracaq. İndiyədək əldə etdiyiniz uğurları xatırlayın və irəliyə doğru hərəkətinizi davam etdirin.
Günün ikinci yarısında qarşılaşacağınız insanlardan biri yaxın gələcəkdə yaşamınızda önəmli rol oynaya bilər. Ona görə də diqqətli, sayıq, ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə intuisiyanıza güvənin. Hissləriniz sizi aldatmayacaq. / Milli.Az