Xəzər Xəbər

Dünyanın ən yaxşı avtomobillərinin adları açıqlandı SİYAHI

Maraqlı | 16:03 • 27 Aprel 2021
Dünyanın ən yaxşı avtomobillərinin adları açıqlandı

YouGo kompaniyasının mütəxəssisləri avtomobil istehsal edə 23 ölkə arasında avtomobillərin şöhrəti, keyfiyyəti, pul dəyəri, müştəri məmnuniyyəti, eləcə də istifadə etdiyi markanı digər insanlara tövsiyə etmək istəklərini nəzərə alaraq reytinq cədvəli təşkil edib. 

Beləliklə Rusiyada 37.3 balla "Toyota", "Mercedes-Benz" (31.8 bal) və "BMW" (31.5 balla) ilk 3-lüyə daxil olub. Dördüncü sırada "Volkswagen" (26.7 bal) yer alarkən, "Audi" ilk beşliyi bağladı (24.6 bal). Bundan əlavə, "Lexus" (24,5 bal), "Nissan" (20,1 bal), "Volvo" (19,9 bal), "Hyundai" (17,1 bal) və "Mazda" (16,9 bal) TOP-10 yer alır.

Almaniyada ənənəvi olaraq "Mercedes-Benz" (21.8 bal), "Audi" (21.4 bal) və "BMW" (21 xal) ilk üçlüyə düşüb. "Volkswagen" (17,3 bal), "Skoda" (14,3 bal), "Volvo" (13,6 bal), "Toyota" (13,1 bal), "Porsche" (12,5 bal), "Opel" (12,4 bal) və "Ford" (12,1 bal) 10-luqda məskunlaşıblar.

ABŞ bazarında da Rusiyada olduğu kimi liderliyi 36.2 balla Yapon "Toyota"-sı edir. İlk üçlüyü "Honda" (30.7 bal) və "Chevrolet" (22.4 bal) tamamlayır. TOP-10-a "Ford" (22 bal) və Subaru (21,7 bal), "Nissan" (17,6 bal), "Lexus" (16,4 bal), "Mercedes-Benz" (16,2 bal), "BMW" (15,9 bal) və "Jeep" (13,5 bal) daxil olub.

Xəbər lenti

Çox oxunanlar