Böyük Britaniya kraliçası II Yelizavetanın şəxsi avtomobili hərraca çıxarılıb.
XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, "Bentley Mulsanne" markalı maşının ilkin auksion qiyməti 200 min funt-sterlinq (271 min 300 manat) dəyərində müəyyən edilib.
Avtomobil "Braley Motor Car" şirkəti tərəfindən satışa çıxarılıb.
Maşının satışı və strukturu haqqında "MailOnline"a müsahibə verən şirkət rəsmisi Cek Morqan-Cons, bu avtomobilin kraliça üçün mənəvi dəyərinin böyük olduğunu və daha da baha qiymətə satılacağını ümid etdiyini bildirib.