Xəzər Xəbər

Aşiq olduğu həkimə 1570 fərqli nömrədən zəng edərək təhdid etdi

Maraqlı | 14:53 • 20 Aprel 2021
Aşiq olduğu həkimə 1570 fərqli nömrədən zəng edərək təhdid etdi
Türkiyənin Kiliste ərazisində qadın həkimi  7 ildə  1570 dəfə fərqli nömrələrdən zəng edərək, təhdid edən şəxs saxlanıb.
 
19 yaşında olarkən Hacer Dəmirəl universitet hazırlığına getdiyi kursda  Cəbrayıl Canla tanış olub. Platonik eşq yaşayan Can, Hacer universitetə qəbul olduqdan sonra onun izini itirib. Lakin Can Hacerin nömrəsinə dəfələrlə zəng edərək, sevdiyini   söyləyib.  Hər dəfəsində  yox cavabı  alan Can qızı axtarmağa başlayıb.
 
Hacer Dəmirəl universiteti bitirib, Kilistedə xəstəxanaların birində  həkim vəzifəsində  çalışıb.  Can onun izini taparaq qarşısına çıxıb.  Yenə yox cavabı  alan Can bu dəfə fərqli yola əl atıb.  O, həkimə fərqli nömrələrdən 7 ildə  1570 dəfə zəng edərək, təhdid edib.  
 
Bundan sonra qadın şübhəli şəxsi poliə verib.  Canın barəsində qətimkan tədbiri seçilib. Şəxsin 20 ilə qədər həbs olunacağı söylənilir./unikal.org

Xəbər lenti

Çox oxunanlar