COVİD-19 xəstələri ilə bağlı daha bir qadağa müəyyən edilib.
Araşdırmalara görə, test cavabı pozitiv çıxan şəxslər isti duş və buxar hamamı qəbul edə bilməzlər.
Türkiyəli mütəxəssis Sərpil Özsezgin qeyd edib ki, koronavirusa yoluxanlar isti duş qəbul edən zaman xəstəliyi ağır keçirə bilərlər.
"İsti duş zamanı ağızdan çıxan viruslar buxarın təsiri ilə yenidən ağciyərə daxil olur. Beləliklə, fərqinə varmadan özünüzü bir daha virusa yoluxdurmuş olursunuz və bu da xəstəliyi ağır keçirməyinizə səbəb olur”, - deyə vurğulayan mütəxəssis bildirib ki, COVİD-19 xəstələri isti duşdan uzaq durmalıdırlar.
Həmçinin qeyd edilib ki, koronavirus xəstələri ayrı hamam və tualetdən istifadə etsələr, daha yaxşı olar./Sfera.az