Alman həkimin turistlərə neqativ koronavirus testləri verdiyi müəyən edilib.
"RTL" alman kanalı xəbər verir ki, alman həkim analiz verən mərkəzlərdə uzun-uzadı növbələr olduğundan pul qazanmaq qərarına gəlib.
80 avroya saxta test cavabları düzəldib satdığını jurnalistlər müəyyən edib.
Jurnalistlərin gizli kamera ilə müəyyən etdikləri faktla bağlı polis araşdırmağa başlayıb./Milli.Az