Pandemiyadan əvvəl ən populyar işlərin və ya istədiyiniz peşələrin nə olduğunu soruşsaydıq, ilk növbədə ağlımıza gələcək inşaat sənayesi işçisi, həkim, proqram təminatçısı və s. ola bilərdi.
Düzdür, bu siyahı hələ də aktualdır, lakin pandemiya ən çox işçi tələb olunan sahələri dəyişdirdi.
Araşdırmalara əsasən, bu tələbat qarşıdakı illərdə də gündəmdə olacaq.
Hazırlanan siyahı 2028-ci ilədək olan dövrü əhatə edir. Əslində mövcud araşdırma pandemiyanın təsirinin nə qədər davam edəcəyini də göstərir.
Həmin siyahını təqdim edirik:
Onlayn müəllimlik - Bu peşə məktəblərin bağlandığı dövrdə aktuallaşdı. Ənənəvi müəllimlikdən fərqli olaraq onlayn xidmət göstərən müəllimlər daha az şagirdlə çalışır. Bildirilir ki, maddi vəziyyəti yaxşı olan ailələr bu rejimin daha çox davam etməsini və beləliklə övladlarının keyfiyyətli təhsil almağını istəyir. Bu baxımdan onlayn müəllimlik qarşıdakı illərdə aktual olacaq.
Diş həkimi - İstər pandemiya, istərsə də post pandemiya dönəmində bu peşə gündəmdə olub. Qarşıdakı illərdə də diş həkimi və diş həkimi assistantına daha çox ehtiyac olacağı bildirilir.
Kuryer - Artıq hər şeyi onlayn qaydada ala bilirik. Virtual bazarların yayılması ilə adət halına çevirdiyimiz bu vəziyyətdə ən çox çalışanlar kuryerlərdir. Qarşıdakı illərdə də onlayn alış-veriş alışqanlığı davam edəcək və kuryerə ehtiyac olacaq.
Tibb bacısı - Pandemiyanın tamamilə sonlanması üçün ən çox axtarılan peşə sahibləri məhz səhiyyə işçiləridir. Həkimlik və tibb bacısı ixtisas sahiblərinə bütün dövrlərdə ehtiyac duyulacaq./Sfera.az