Türkiyədə COVID-19-un əlamətləri ilə bağlı maraqlı araşdırma aparılıb.
Araşdırma nəticələrinə görə, yoluxanlarda iybilmə qabiliyyətinin itməsi qalıcı deyil.
Maraqlısı odur ki, qadınlarla kişilərin iybilmə qabiliyyətinin geri gəlməsində həm müddət fərqi, həm də başqa maraqlı məqamlar var.
Belə ki, COVID-19-a yoluxanlar xəstəlikdən 6 ay sonra qoxuları fərqli qəbul edə bilirlər. Qadınlar 72, kişilər isə 87 gün sonra iybilmə qabiliyyətlərini geri qazanırlar. Lakin xəstəliyin ardından kişilər "yanıq təkər”, qadınlar isə "çürümüş soğan” qoxusu alır.
Qeyd edilib ki, bəzi xəstələrdə 5-6 ay keçməsinə baxmayaraq, iybilmə qabiliyyəti geri gəlmir./Sfera.az