Xəzər Xəbər

“Pfizer” peyvəndi yeniyetmələr üçün 100% effektivdir

Maraqlı | 16:30 • 31 Mart 2021
“Pfizer” peyvəndi yeniyetmələr üçün 100% effektivdir

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “BioNTech-Pfizer” peyvəndi 12-15 yaş arası yeniyetmələrdə xəstəliyin qarşısını almaqda 100% effektivdir.

“NBC News” kanalının verdiyi xəbərə görə, bu barədə “Pfizer” şirkəti açıqlama yayıb. 

“Şirkət qarşıdakı həftələrdə 12-15 yaş arası yeniyetmələrin peyvənddən istifadəsinə dair icazə üçün müraciət etməyi planlaşdırır. Bu yaş qrupunu növbəti tədris ili başlamazdan əvvəl peyvəndləməyə başlayacağımıza ümid edirik”, - deyə “Pfizer”in baş icraçı direktoru Albert Bourla deyib.

2200-dən çox yeniyetmə ABŞ-da “Pfizer” peyvəndinin sınaqlarında iştirak edib. Təxminən onların yarısına gerçək peyvəndlər, digərlərinə isə aldadıcı (plasebo) preparat vurulub.

Plasebo vurulanlar arasında koronavirusa 18 yoluxma qeydə alınıb, həqiqi peyvənd vurulanlar arasında isə yoluxma faktı qeydə alınmayıb. Yan təsirlər olaraq boğaz ağrısı, yorğunluq və baş ağrısı kimi təsirlər qeydə alınıb.

Qeyd edək ki, üç həftə aralığı ilə iki dozada vurulan peyvəndin 16 yaş və yuxarı yaşlarda təcili istifadəsi daha öncə təsdiqlənib. /apa

Xəbər lenti

Çox oxunanlar