Xəzər Xəbər

80 mərtəbəli qüllə

Maraqlı | 15:17 • 31 Mart 2021
80 mərtəbəli qüllə

İtaliyalı memar David Fişer küləklə işləyən qüllənin layihəsini hazırlayıb.

Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, qüllənin 80 mərtəbəsinin hər biri xüsusi səs siqnalları vasitəsilə istənilən istiqamətə dönə bilər.

Layihənin müəllifi hər kəsin həm günəşin doğuşundan, həm də qürubundan həzz ala biləcəyi universal bir otaq tipi yaratmaq istəyib. Üç saatlıq fırlanma dövrü günəş panelləri və hər mərtəbənin altında yerləşən 79 külək turbinləri ilə işləyir.

Bu nəhəng kompleksin inşasına təqribən 540 milyon dollar tələb olunur.

Xəbər lenti

Çox oxunanlar