Qeyd olunur ki, bu söz rəsmi təşkilatlar, o cümlədən Avropa Ərzaq Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmayıb.
Alimlər araşdırma apararaq belə qənaətə gəliblər ki, ana südünü "superərzaq" hesab etmək olar.
Bu barədə The Conversation yazır.
İspaniyanın Ovyedo Universitetinin alimləri bu məfhunu marketinq termini adlandırıblar. Yəni malını yaxşı satmaq istəyənlər və istehsalçılar daha çox qida maddələri ehtiva edən ərzağı "superərzaq" adlandırırlar.
Söhbət vitaminlər, fenollar, bioaktiv maddələr, məsələn, qida lifləri və polifenollardan gedir.
Eyni zamanda qeyd olunur ki, bu söz rəsmi təşkilatlar, o cümlədən Avropa Ərzaq Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmayıb.
Beləliklə, alimlər belə qənaətə gəliblər ki, yalnız ana südünü əsl "superərzaq" adlandırmaq olar, qalanları isə sadəcə marketinq hiyləsidir.
Ancaq ekspertlər qeyd edirlər ki, bəzi məhsullar gerçəkdən də faydalı mikroelementlərlə zəngindir, amma yalnız onlardan istifadə balanslı qidalanmanı əvəzləyə bilməz. Misal qismində isə kələm göstərilir. Qıvırcıq və enli yarpaqlı adi kələmdə kalsium, fol turşusu, riboflavin, C, K və A vitaminləri çoxdur, fitokimyəvi tərkibləri eyni olsa da kələmin digər növlərində bu cür "zənginlik" yoxdur. Bundan çıxış edərək yalnız adıçəkilən kələm növlərinin faydalı olduğunu iddia etmək də yanlışdır. /Sputnik Azərbaycan