İkinci və üçüncü qan qrupları olan insanların infarkt riski birinci və dördüncü qruplara nisbətən 8% yüksəkdir.
Amerikalı alimlərin araşdırmalarının nəticələri “American Heart Association” jurnalında dərc edilib.
Tədqiqatçılar ikinci və üçüncü qan qrupları olan insanlarda venoz tromboz və ağciyər emboliyası inkişaf ehtimalının qalanlarına nisbətən 51 və 47% daha yüksək olduğunu aşkar edib. Eyni zamanda, birinci qrupun daşıyıcılarının yüksək qan təzyiqinə meylli olduğu bildirilib.
Tədqiqatda 400 mindən çox insan iştirak edib./publika.az