Hormonal pozğunluq nadir hallarda piylənməyə səbəb olur. Çox vaxt xəstələr öz tənbəlliklərini belə bir izahla ört-basdır edirlər.
Bu sözləri rusiyalı endokrinoloq Olqa Derevyanko “Moskva danışır” radiostansiyasına verdiyi müsahibədə söyləyib.
“Piylənmənin səbəbi hormonal sistemin pozulması ola bilər. Ancaq statistikaya görə, bu halların yalnız 3-5 faizi hormonlarla əlaqələndirilir. Bu rəqəm çox kiçik göstəricidir.
Həddindən artıq çəkinin başlıca səbəbi çox yemək istəyi ilə bağlıdır: müasir insanlar tez hazırlanan qidalara üstünlük verirlər və özləri də hərəkət baxımından çox məhduddurlar. Bir çox insan liftdən istifadə etməyə meyllidir. Artıq çəkinin əsas səbəbi həyat tərzidir”, - endokrinoloq izah edib./publika.az