İtlər ətraf mühitə mənfi təsir göstərirlər, çünki onlar çox ət sərf edirlər.
“L Express” xəbər verir ki, belə bir iddia ilə Kaliforniya universitetinin alimi Qreqori Okin çıxış edib. O, qeyd edib ki, ABŞ-da ətraf mühitə vurulan zərərin 25-30%-i 160 milyon it və pişiyə sərf edilən ətlə əlaqədardır.
Eyni zamanda Maastrixt universitetinin professoru Pim Martens vurğulayıb ki, ev heyvanlarının karbon izi onların harada yaşamalarından asılıdır.
İllinoys Universitetinin heyvanların qidalanması üzrə mütəxəssisi Kelli Suonson isə bu iddiaları və göstəriciləri bir qədər şişirdilmiş adlandırıb. O, qeyd edib ki, itlər və pişiklərin əksəriyyəti yeyinti sənayesinin əlavə məhsullarından istehsal edilən yemlə qidalanırlar.
Ekspertlər insanları təbiətə vurulan ziyanı azaltmaq üçün heyvanları artıq yedirtməməyə çağırıblar./report