Xəzər Xəbər

Bu yaşdan sonra arıqlamaq olmaz

Maraqlı | 15:17 • 21 Mart 2021
Bu yaşdan sonra arıqlamaq olmaz

“Qocalara arıqlamaqla məşğul olmaq tövsiyə olunmur”.

Bunu gerontoloq Yuri Konev “Sputnik” radiosuna müsahibəsində söyləyib.

“Ahıl və qocaların arıqlamağının əks-təsirli olmasına dair vahid fikir var. Metabolizmdə dəyişiklik fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir göstərəcək”, - mütəxəssis bildirib.

Eyni zamanda, uzmanın fikrincə, orqanizmin lazım olandan çox qida tələb etməməsi üçün insanlar 60 yaşadək çəkisini normaya gətirməlidir:

“Enerji tələbatı yaşa görə azalır, genişlənmiş mədə isə yemək istədiyini bildirir. Burada dissonans mövcuddur, çünki mədə bizə ac olduğumuzu bildirir, qidalandığımız yeməyin həcmini isə yaş ötdükcə azaltmaq lazımdır”./Report

Xəbər lenti

Çox oxunanlar