Xəzər Xəbər

Bu viruslara yoluxmaq xərçəng xəstəliyinə səbəb ola bilər

Maraqlı | 12:41 • 14 Mart 2021
Bu viruslara yoluxmaq xərçəng xəstəliyinə səbəb ola bilər

Rusiyanın N.N. Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin professoru konkret hansı virusun hansı bədxassəli şişlərə gətirib çıxara biləcəyini açıqlayıb.

Təbiətdə yeddi xəstəlik törədicisi virüs var ki, onlara yoluxmaq bədxassəli şişlərlə nəticələnə bilər. RİA Novosti xəbər verir ki, bunu tibb elmləri doktoru, professor, Rusiyanın N.N. Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin Viruslu kanserogenez laboratoriyasının baş elmi məsləhətçisi Vladimir Qurtseviç bildirib.

"Hazırda mövcud yeddi virusun müəyyən şərtlər daxilində onkoloji xəstəliklərə səbəb ola biləcəyi bizə məlumdur. Bu viruslar çox vaxt orqanizmimizdə yaşayır. Bir qayda olaraq, insan bütün ömrünü həmin viruslarla birlikdə keçirir və bunlar bədxassəli şişlərə gətirib çıxarmır. Yalnız müəyyən şərtlər daxilində bu infeksiyalar insanda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.

Professor konkret hansı virusun hansı xərçəng xəstəliyinə səbəb ola biləcəyini də açıqlayıb. Beləliklə:

Hapatit B virusu – qara ciyər xərçəngi;

Hapatit C virusu – qara ciyər xərçəngi;

Epşteyn-Barr virusu – udlaq xərçəngi;

İnsan papilloma virusu – uşaqlıq boynu, ağız, udlaq xərçəngi;

Herpes virusunun 8-ci tipi – Kapoşi sarkoması, limfoma xərçənginin bəzi növləri;

İnsan T-limfotrop virusu – T-hüceyrə leykozu, T-hüceyrə limfoması;

Merkel hüceyrəli poliomavirus – Merkel sarkoması.

Qurtseviç onu da vurğulayıb ki, xəstələrdə bədxassəli şişlər bu viruslara yoluxandan dərhal sonra deyil, 3 ildən 20 ilə qədər davam latent dövründə yarana bilər./Sputnik

 

Xəbər lenti

Çox oxunanlar