Xəzər Xəbər

Ötən il “Azəri-Çıraq-Günəşli” yatağından 6,16 milyard dollar gəlir əldə olunub

İqtisadiyyat | 14:41 • 8 Yanvar 2025
Ötən il “Azəri-Çıraq-Günəşli” yatağından 6,16 milyard dollar gəlir əldə olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ötən il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 740,7 milyon dollar və ya 10,7 faiz azalıb.

Xezerxeber.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən bu il yanvarın 1-inə 6 milyard 158,5 milyon dollar gəlir əldə olunub.

2023-cü ilin müvafiq dövründə AÇG yatağından 6 milyard 899,2 milyon dollar gəlir əldə edilmişdi.

Xəbər lenti