Xəzər Xəbər

TAP vasitəsilə qaz ixracının həcmi açıqlandı

İqtisadiyyat | 10:15 • 31 Dekabr 2024
TAP vasitəsilə qaz ixracının həcmi

Trans-Adriatik Boru Kəməri (TAP) ilə dörd il ərzində Avropaya ümumilikdə 42,8 milyard kubmetr təbii qaz ixrac olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"Bu il qısamüddətli və uzunmüddətli müqavilələr çərçivəsində Avropaya 12,9 milyard kubmetr qaz ixrac edilib", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə hər biri 1 milyard kubmetr qaz tədarük olunur.

2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edilməyə başlanıb. TAP Azərbaycanın təbii qazını tarixdə ilk dəfə olaraq boru kəmərləri ilə Avropa bazarına birbaşa çıxarıb. Bu, dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına çıxışı təmin etməklə, Azərbaycanın ixrac imkanlarını daha da şaxələndirib.

Xəbər lenti

Çox oxunanlar