Xəzər Xəbər

Azərbaycana xaricdən pul köçürmələri kəskin azalıb

İqtisadiyyat | 11:07
Azərbaycana xaricdən pul köçürmələri kəskin azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manata bərabər olub.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 706.4 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar