Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 673,214 milyon ABŞ dolları dəyərində 82 926 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Xezerxeber.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,9 % çox və 6,5 % azdır.
11 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,3 dəfə artaraq 378 ədəd (66,222 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 9,1 % azalaraq 74 366 ədəd (1 milyard 417,981 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 22 654-ü (600,76 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 871-i (114,792 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 77,7 %, ikincinin isə 4,9 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 18,3 % artaraq 7 650 ədəd (127,388 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 59,3 % artaraq 532 ədəd (61,623 milyon ABŞ dolları dəyərində) olub.