Azərbaycanda dincə qoyulmuş torpağa görə subsidiya veriləcək.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, bundan sonra fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaq.