Xəzər Xəbər

Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı işlərin 60%-i yerinə yetirilib

İqtisadiyyat | 15:35 • 12 Dekabr 2024
Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı işlərin 60%-i yerinə yetirilib

Hazırda Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı işlərin 60%-i yerinə yetirilib.

Xezerxeber.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, tunellərin birində işlər artıq tam yekunlaşıb. İkinci tunelin qazıntı işləri aparılır: "Horadiz-Ağbənddə bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir".

Xəbər lenti

Çox oxunanlar