Xəzər Xəbər

Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb

İqtisadiyyat | 13:11 • 12 Dekabr 2024
Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb

2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 993,2 manat təşkil edib.

Bu barədə Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti

Çox oxunanlar