Xəzər Xəbər

Azərbaycanda ÜDM 4 faizdən çox artıb

İqtisadiyyat | 12:35 • 12 Dekabr 2024
Azərbaycanda ÜDM 4 faizdən çox artıb

Cari ilin yanvar-noyabr aylarında ölkədə 11 milyard 3282,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb.

ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11104,2 manata bərabər olub.

Xəbər lenti

Çox oxunanlar