Xəzər Xəbər

“Cənub Qaz Dəhlizi” QSC-də SOCAR-ın payı artırılıb Sərəncam

İqtisadiyyat | 16:32 • 10 Dekabr 2024
“Cənub Qaz Dəhlizi” QSC-də SOCAR-ın payı artırılıb

Prezident İlham Əliyev 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamında dəyişiklik edib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin (İqtisadiyyat Nazirliyinin) payı 51 %-dən 49 %-ə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.

Bu qərar "Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.

İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti