Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələlərinin bu gün keçirilən birgə iclasında maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, cari ilin büdcəsində neftin qiyməti 60 dollardan 75 dollara kimi yüksəldilib: “Növbəti il biz bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti azalarsa, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.