Xəzər Xəbər

Azərbaycanın 62 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına təmin edəcək

İqtisadiyyat | 11:19 • 18 Noyabr 2024
Azərbaycanın 62 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına təmin edəcək

2025-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarından 62-si (Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər. Qalan 5 rayona isə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 5,3 milyon manat maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 4,3 milyon manat və ya 44,8 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 1,9 milyon manat və ya 26,4 faiz azdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, 2025-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri 7950 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2024-cu ilin proqnozu ilə müqayisədə 19,8 milyon manat və ya 2,6 faiz çoxdur.
2025-ci ildə dövlət büdcəsinin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 15,5 milyon manat və ya 2 faiz: 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 61,7 milyon manat və ya 8,4 faiz çoxdur
Yerli xərclərin 274,8 milyon manatı və ya 34,3 faizi ətraf mühitin mühafizəsi xərclərinə (sanitar təmizlik və abadlaşdırılma xidmətləri haqqının ödənilməsi və s.), 225 milyon manatı və ya 28,1 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 210.3 milyon manatı və ya 26,3 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 53,7 milyon manatı və ya 6,7 faizi nəqliyyat və rabitə xərclərinə (yolların əsaslı təmiri xərcləri), 6,2 milyon manatı və ya 0,8 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və 30.3 milyon manatı və ya 3,8 faizi digər xərclərə yönəldiləcəkdir.

İqtisadi təsnifata uyğun olaraq, 2025-ci il dövlət büdcəsinin yerli xərclərində əməyin odenişi xərcləri 25,7 faiz olmaqla 205,9 milyon manat, iş və xidmətlərin alınması xərcləri 51,7 faiz olmaqla 414,0 milyon manat, malların satınalınması ilə bağlı xərclər 0,6 faiz olmaqla 5,0 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 14.7 faiz olmaqla 117.3 milyon manat, subsidiyalar 7 faiz olmaqla 55,7 milyon manat və sosial ödənişlər xərcləri 0,3 faiz olmaqla 2,4 milyon manat təşkil edəcəkdir.

Xəbər lenti

Çox oxunanlar