Xəzər Xəbər

FED uçot dərəcəsini endirib

İqtisadiyyat | 23:30 • 7 Noyabr 2024
FED uçot dərəcəsini endirib

ABŞ-nin Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) iclasın nəticələrinə görə baza dərəcəsini 0,25 bənd azaldaraq 4,5-4,75 %-ə endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat tənzimləyicinin saytında yayılıb.

Faiz dərəcəsinin endirilməsi gözlənilirdi və uzun müddət dəyişməz qalan faiz dərəcələrinin ardınca ikinci dəfə həyata keçirilib. "FOMC (Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə) öz hədəflərini dəstəkləmək məqsədilə federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi - 4,5-4,75 %-ə endirməyə qərar verdi”, - məlumatda deyilir.

Amerika tənzimləyicisi qeyd edib ki, ABŞ-də iqtisadi aktiv davam edir və etibarlı sürətlə böyüməkdədir. İl ərzində əmək bazarındakı şərait yaxşılaşıb, işsizlik səviyyəsi artıb, amma hələ də aşağı qalır. İnflyasiya isə hədəf olan 2 %-ə yaxınlaşsa da, hələ də bir qədər yüksəkdir.

Xəbər lenti