Xəzər Xəbər

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

İqtisadiyyat | 10:10 • 1 Noyabr 2024
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

Azərbaycan Mərkəzi Bankı növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.

Xəbər lenti