Xəzər Xəbər

Neft Fondu səhmlərdən 6,4 mlrd. dollar gəlir əldə edib

İqtisadiyyat | 10:53 • 25 Oktyabr 2024
Neft Fondu səhmlərdən 6,4 mlrd. dollar gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bu ilin sentyabrın 30-na kimi səhm portfeli üzrə 6.4 milyard ABŞ dolları gəlir əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

Qeyd edilib ki, Fond indiyə kimi səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi üzrə 7,1 mlrd. dollar həcmində yatırım edib. Bu portfel üzrə gəlirlilik 253% təşkil edib. Ümumilikdə, Fondun səhm portfelinin cari dəyəri 13,5 mlrd. dollara yüksəlib.

Qeyd edək ki, Fondun ARDNF-nin səhm portfelinə "MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1410 şirkətin səhmləri daxildir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 77 trilyon ABŞ dollarına yaxındır.

Xəbər lenti

Çox oxunanlar