Nəqliyyat sektoru Azərbaycandakı emissiyaların təqribən 15 faizinə təsir göstərir. Emissiyaların təqribən 5 faizi hava yollarının, 2 faizi dənizçiliyin, 1 faizi isə dəmir yollarının payına düşür.
Xezerxeber.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirində çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan üçün milli töhfələr sənədi hazırlanır.
“İqlim müzakirələrinin bel sütunu həmin sənəddir. Bütün ölkələrin öhdəlikləri və iqlim fəaliyyət planlarının ortaya qoyulması o sənədlər vasitəsilə həyata keçirilir”, - deyə E.Soltanov bildirib.