Xəzər Xəbər

Qızılın qiyməti tarixi maksimuma yaxınlaşır

İqtisadiyyat | 16:45 • 17 Oktyabr 2024
Qızılın qiyməti tarixi maksimuma yaxınlaşır

Dünyanın mərkəzi banklarının faiz dərəcələrini daha da aşağı salacağı gözləntiləri fonunda qızılın qiyməti artaraq tarixi maksimuma yaxınlaşır.

Xezerxeber.az xəbər verir ki, “Trading Economics” nəşrinin məlumatına görə, bu gün “Comex” birjasında qızıl fyuçersinin qiyməti 0,2 faiz bahalaşaraq bir unsiya üçün 2696,5 dollara çatıb. Son bir həftə ərzində artım göstəricisi təxminən 2 faiz, ilin əvvəlindən bəri isə 30 faiz təşkil edib.

Analitiklər Federal Ehtiyat Sisteminin builki son iki iclasının hər birində faiz dərəcələrini endirəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, Avropa Mərkəzi Bankının da hər üç əsas faiz dərəcəsini 25 bənd azaldacağı gözlənilir.

Qızılın qiymətinə ABŞ-da prezident seçkiləri ətrafında yaranan qeyri-müəyyənlik və Yaxın Şərqdə davam edən gərginlik də təsir göstərir.

Xəbər lenti

Çox oxunanlar