Xəzər Xəbər

İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edilib VİDEO

İqtisadiyyat | 14:40 • 15 Oktyabr 2024
İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edilib

İran İslam Respublikasında rəsmi səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri cənab Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib.

İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar