ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1,11% azalaraq 1 barelə görə 78,16 ABŞ dolları təşkil edib.
Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 1,12% azalaraq 1 barelə görə 74,71 ABŞ dolları olub.