Xəzər Xəbər

Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

İqtisadiyyat | 19:38
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar, Bakı-Kürdəmir, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Bərdə-Naftalan, Gəncə-Qəbələ, Gəncə-Zaqatala, Mingəçevir-Ağcabədi, Mingəçevir-Ağdaş şəhərlərarası, eləcə də paytaxtın 159 nömrəli şəhərdaxili, 156 nömrəli və 508 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Xezerxeber.az-ın xəbərinə görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 8 noyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

Xəbər lenti

Çox oxunanlar