Xəzər Xəbər

Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər

İqtisadiyyat | 13:20 • 10 Oktyabr 2024
Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər

Gürcüstanda həyata keçirmək istəyən startaplara 10 illik vergi güzəştləri təqdim olunacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareşvili "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, Gürcüstanda gələn ilin sonunda innovativ startap statusu qəbul ediləcək: "Bununla ilk üç il ərzində tamamilə sıfır vergitutma ilə startaplara 10 illik vergi güzəştləri təqdim olunacaq. Bu, təkcə ölkə vətəndaşları üçün deyil, həm də layihələrini Gürcüstanda həyata keçirmək istəyən startaplara şamil olunacaq".

İ. Nadareşvili hesab edir ki, "INMerge" Sammitində yeni təşəbbüslərin və yanaşmaların təməlinin qoyulması haqqında danışmalıyıq:

"Gürcüstan cəlbedici biznes və investisiya mühitinin yaradılmasında hər zaman çox ardıcıl olub. Doğrudur, Gürcüstan əhalisi cəmi 3,7 milyon nəfər olan kiçik bazardır. Lakin biz Gürcüstanın müxtəlif ölkələrlə imzaladığı azad ticarət sazişləri ilə bunu balanslaşdıra bildik".

Xəbər lenti