Xəzər Xəbər

İƏT baş katibinin müavini: Son 6 ildə dünyada halal biznes 47 faiz artıb

İqtisadiyyat | 13:52 • 8 Oktyabr 2024
İƏT baş katibinin müavini: Son 6 ildə dünyada halal biznes 47 faiz artıb

"Halal sənayesi yalnız qida ilə bağlı deyil, bu sənaye həyatın bütün sahələrini əhatə etməkdədir. Ona görə də bu sahənin inkişafı ilə bağlı bizə müfəssəl yanaşma lazımdır. Qeyd edim ki, dünyada halal biznes və praktikalara maraq getdikcə artır".

Xezerxeber.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

A.Kavesa bildirib ki, son 6 ildə dünyada halal biznes 47 faiz artıb: "Bu göstərici onu təsdiq edir ki, halal sənaye sürətlə artmaqdadır. Biz praktik olaraq bu sahədə inkişafı sövq etməliyik və biznes imkanları yaradaraq iqtisadi artımı təşviq etməliyik",- deyə A.Kavesa vurğulayıb.

Xəbər lenti