Xəzər Xəbər

Azərbaycana müsəlman ölkələrindən olan turist axını halal qida sektorunun inkişafını zəruri edib

İqtisadiyyat | 11:02 • 8 Oktyabr 2024
Azərbaycana müsəlman ölkələrindən olan turist axını halal qida sektorunun inkişafını zəruri edib

Son zamanlar Azərbaycana müsəlman ölkələrindən olan turist axını halal qida sektorunun inkişafını zəruri edir.

Xezerxeber.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır.

“Halal standartlar emal prosesinin təşkili, dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır”, - deyə nazir bildirib.

Məcnun Məmmədov əlavə edib ki, kənd təsərrüfatında yüksək məhsuldarlıq və keyfiyyətli məhsul yetişdirmək üçün tarladan süfrəyədək hər bir addıma xüsusi diqqət və innovativ yanaşma tətbiqi zəruridir: “Bu baxımdan göstərilən hədəflərə nail olmaqda əsas ağırlıq özəl sektorun üzərinə düşür. Bu sahənin inkişafı dövlət-özəl sektor əməkdaşlığını daha da genişləndirəcək, məşğulluğu daha da artıracaq, dayanıqlı iqtisadi inkişafı təmin edəcək, fermer və sahibkarların gəlirlərini artıracaq”.

Xəbər lenti

Çox oxunanlar