İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Downstream Management" MMC və İtaliyanın "TechnipEnergies S.p.A." şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə müqavilə imzalanıb.
Xezerxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, ümumi dəyəri 97 milyon avro olan bu “yaşıl layihə”nin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək.