Ötən ilin 31.12.2023-cü il tarixə SOCAR üzrə işçilərin faktiki sayı 48320 nəfər təşkil edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.
Bunlardan 5842 nəfəri rəhbər işçi, 8315 nəfər mütəxəssis, 759 nəfər texniki icraçı və 33404 nəfər fəhlədir.
O cümlədən, 7631 nəfəri qadın, 17390 nəfəri ali təhsillidir.
“Əmək veteranı” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli, 1999-cu il 24 sentyabr tarixli 150 nömrəli qərarlarına uyğun olaraq aparılır. Bu dövr ərzində “Əmək veteranı” adının verilməsi, vəsiqənin dəyişdirilməsi məqsədi ilə SOCAR üzrə 28 əmr hazırlanaraq 300-dən çox sabiq hal-hazırda təqaüddə olan işçiyə “Əmək veteranı” adı verilib, dəyişdirilib və müraciət edən şəxslərə təqdim edilib. 2023-cü il ərzində 2026 nəfər müsabiqə yolu ilə işə qəbul olunub