Türkiyə lirəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Xezerxeber.az-ın məlumatına görə, sentyabrın 21-də birjalarda Dollar/Türkiyə lirəsi məzənnəsi rekordunu yeniləyib, 34,09 səviyyəsinə qədər yüksəlib.
Avro/Türkiyə lirəsi məzənnəsi isə 38,18 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 33,97 TL, satış üzrə 34,03 TL müəyyən edib.