Xəzər Xəbər

Azərbaycanda karbon vergisi tətbiq edilə bilər

İqtisadiyyat | 13:15 • 19 Sentyabr 2024
Azərbaycanda karbon vergisi tətbiq edilə bilər

Azərbaycanda karbon vergisinin tətbiq edilməsi nəzərdən keçirilir.

Xezerxeber.az xəbər verir ki, bunu Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov deyib.

“Karbon emissiyasının azaldılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla karbon vergisinin və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi ətraf mühitin qorunması üçün dünya ölkələri tərəfindən tətbiq olunan yaşıl iqtisadiyyatla bağlı digər alətlərin tətbiqi diqqət mərkəzindədir”, - deyə Ə.Əhmədov əlavə edib.

O vurğulayıb ki, qarşıdakı dövrdə "Yaşıl Enerji" strategiyası çərçivəsində ekoloji sahədə fəlaiyyət göstərən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpa olunan enerji mənbələrindən enerji istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə maraqlarının artırılması və investisiyaların stimullaşdrılması üçün əlavə təşviqedici iqtisadi alətlərdən istifadə ediləcək ki, burda vergi güzəştləri əsas yeri tutacaq.

Xəbər lenti

Çox oxunanlar