ABŞ Federal Ehtiyatlar Sistemi (FED) 4 ildə ilk dəfə baza uçot dərəcəsini azaldıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə bu gün keçirilən iclasda qərar verilib. Uçot dərəcəsi 0,5 faiz azaldılaraq, 5,25-5,5 faiz dərəcəsindən 4,75-5 faiz dərəcəsinə endirilib. Sonuncu dəfə azalma ilə bağlı qərar 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklərə cavab olaraq verilmişdi.
FED 2024-cü ilin sonuna kimi uçot dərəcəsini 4,4, 2025-ci ilin sonuna kimi isə 3,4 faizə qədər endirəcəyini bildirib.