Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 111 milyon ABŞ dolları dəyərində 58 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 % çox və 10,3 % azdır.
Xezerxeber.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, 8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 2 dəfə artaraq 165 ədəd (14,395 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13 % azalaraq 53 006 ədəd (973 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 13 504-ü (388 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 971-i (78,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 40,1 %, ikincinin isə 9,3 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 21,9 % artaraq 5 465 ədəd (92 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 26,3 % artaraq 303 ədəd (31 milyon ABŞ dolları dəyərində) olub.