2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 1476.4 kq qızıl, 2061.9 kq isə gümüş istehsal edilib.
Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artıb, gümüş istehsalı isə 24.1% azalıb.
Qeyd edək ki, 2024-cü il sentyabr ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 593.9 kq və 278 kq təşkil edib.